Bu gün görkəmli musiqi xadimi Fərhad Bədəlbəylinin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə onun fortepianoda ifasını canlı olaraq Dövlət Filarmoniyasında görmüşəm. O qədər emosional, hiss-həyəcanlı, ecazkar ifa edib ki ömürlük yaddaşıma həkk edilib. Həqiqətən də ustad sənətkardır.

 

Fərhəd Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olub. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxuyub.

Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələriəhatə edir.

Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub.

F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb. 1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür.

1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilən ADK-nın rektorudur.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 19 aprel 1972

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978

3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 11 aprel 1975; 24 fevral 1979

4. "SSRİ xalq artisti" fəxri adı — 6 noyabr 1990

5. Azərbaycan SSR Dövlət mükafatı — 1986

 

Filmoqrafiya

- Azadlıq məşəli (film, 1967)

- Böyük ömrün anları (film, 2006)

- Fərhad (film, 1987)

- Kədərimiz... Vüqarımız...

- Maestro Niyazi (film, 2007)

- Memar (film, 2006)

- Mənə inanın! (film, 2007)

- Nəğməkar torpaq (film, 1981).

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.