İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onda 2004-cü il idi. Azərbaycan Dövlət Opera və Balet teatırında Puççininin "Boqema" operası nümayiş olunurdu. Gənc solistin ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığından xəbər verdi. O ulduz Dinarə Əliyeva idi…
Dinarə Əliyeva 17 dekabr 1980-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirib. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirib. Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.
Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D. Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak edib və müsabiqənin laureatı olub. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-cü ilin əvvəllərində, Puççininin "Boqema" operasındakı parlaq ifasını artıq qeyd etdim.
2005-ci ildə C. Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazıb. Dinarə Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışıb.
Yüksək istedadı ilə fərqlənən və BMA-nı fərqlənmə diplomu ilə bitirən D. Əliyeva 2004-cü ildə dünya şöhrətli müğənni Monserrat Kabalyenin Bakıya səfəri zamanı onun keçirdiyi ustad dərsində çıxış edib və gənc vokalçının ifası M. Kabalye tərəfindən yüksək qiymətləndirilib
2005-ci ildə D. Əliyeva Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak edib, nüfuzlu münsiflər heyəti onun ifasını çox bəyənib və D. Əliyeva üçüncü yerin sahibi kimi laureat adına layiq görülüb.
2007-ci ildə Dinara Əliyeva Maria Kallas festivalında laureatı olub, 2009-cu ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin laureatı olub. 2010-cu ildə Əliyeva Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub. Gənc olmasına baxmayaraq D. Əliyeva artıq milli vokal sənətimizi Azərbaycanın hüdudlarından kənarda ləyaqətlə təmsil edib.
Misir və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində D. Əliyevanın parlaq ifasına tamaşaçılar tərəfindən yüksək qiymət verilib. Dinarə Əliyeva eyni zamanda bir çox hökumət və yubiley tədbirlərində çıxış edib. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Rusiya Böyük teatrının solistidir.
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)


