İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1996-cı il!
Dalbadal triumflar.
May ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görüldü.
Həmin ilin dekabr ayında "İlin ən yaxşı musiqiçisi" adı ilə təltif edildi.
Söhbət Murad Adıgözəlzadədən gedir.
Bu günə doğum günü təsadüf edən Murad Adıgözəlzadə 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına ixtisas musiqi məktəbinə daxil olub. 1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub.
1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. Və qeyd etdiyim kimi, 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb, həmin ilin dekabr ayında "İlin ən yaxşı musiqiçisi" adı ilə təltif edilib.
1996-cı ildə Bakı Musiqi Akademiyasını bitirərək Almaniyanın Münxen şəhərində Ali Musiqi Mətkəbində professor E.Virsaladzenin sinifinə daxil olub və 1998-ci ildə oranı bitirib.1998-ci ildən bu günə qədər professor E.Virsaladzenin assistenti M.Lidski ilə məsləhətləşmələri davam etdirib
Almaniyada oxuduğu dövürdə Şvelm şəhərində solo konsertlə çıxış edib. Həmin ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor E.Virsaladzenın sinifinə daxil olub və 2000-ci ilin noyabr ayında oranı bitirib.
MDK-da oxuduğu dövürdə Moskvada, Türkiyədə, Bakıda konsertlərlə çıxış edib, həmçinin Vladimir Spivakov fondunun stependiantları ilə Ukraynanın Kiyev şəhərində musiqi festivalında iştirak edib. 2000-ci ilin dekabr ayında Bursa şəhərinin Dövlət Simfonik Orkestri ilə Türkiyədə konsertlərlə çıxış edib. Repertuarında Baxın, Betxovenin, Mosartın, Qaydnın, Şumanın, Şubertin, Bramsın, Çaykovskinin, Raxmaninovun və s. bəstəkarların əsərləri var.
2001-ci ilin oktyabr ayında Tbilisidə ikinci beynəlxalq müsabiqəsinin qalibi olub. 2001-ci ilin dekabr ayında Gürcüstanın Tbilisi şəhərində beynəlxalq festivalda iştirak edib. 2002-ci ilin yanvar və fevral aylarında Almaniyada İnqolştad kamera orkestri ilə qastrollara çıxıb və Keninqsbaxda solo proqamla çıxış edib.
2004-cü ilin Mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına layiq görülüb.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunub. Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğludur.
Görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun nəvəsidir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


