İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hipotezalar, illüziyalar, süni zəkalar dövründə bir hipoteza da məndən. Bir vaxtlar Şuşada xanəndələr qəşəng muğam oxuyanda qavallarına bülbül qonarmış. Çox yəqin ki, Qarabağın digər bölməsindən olan Qədir Rüstəmov “Sona bülbüllər”i oxuyanda, onun da mikrofonuna bülbüllər gəlib qonubdur, əksi mümkünsüzdür.
Qədir Rüstəmov 20 noyabr 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib. Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil alıb.
Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilib.
Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarıb. 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.
Filmoqrafiya
- Üzeyir ömrü
- Qədirin sorağında
- Qədir Rüstəmov
- Memar
- Bu səs Qədirin səsidir
- Muğamat var olan yerdə...
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
3. "Şöhrət" ordeni
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


