Operamızın qızıl səsli tenoru Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, operamızda belə səsə böyük ehtiyac var idi.

Son mogikanlar gedəndən sonra bir boşluq yaranmışdı. O gəldi və bu boşluğu doldurdu.

 

Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov 19 noyabr 1976-cı ildə Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olub. 1993–1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999–2001-ci illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir.

 

Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Koroğlu, Cüzeppe Verdinin "Traviata" operasında Alfred və "Riqoletto"da Hersoq partiyalarını ifa edib. 2001-ci ildə Almatında keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olub (2 yer). 2002-ci ildə Moskva şəhərində "Qalina Vişnevskayanın Opera Mərkəzi"ndə təhsil alıb. Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparici partiyaları, habelə mahnı və romanslar təmsil olunub.

 

Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olub. 2007-ci ildə S. Cəfərov Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 12 dəfə Prezident Mükafatına layiq görülüb. 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.