Bu qədər həzin, bu qədər kövrək, bu qədər yanğılı səs Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mən təkidlə xahiş edirəm, bu gün Hüseynağa Hadıyevin ifasında “Ay köçəri quşlar” mahnısını dinləyin. Əmin edirəm ki, bu qədər həzin, bu qədər kövrək, bu qədər yanğılı səs əsla eşitməmisiniz.

 

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq verib.

Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurub, institutu bitirdiyi il hərbi xidmətə çağrılıb, 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəlib. Hüseynağa bu xəbəri hospitalda eşidib. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətiriblər.

Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumayıb. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilib.

Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünüb. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur ediblər. Bu qadağalar onu həmişə özündən çıxarıb.

 

Albomları/Mahnıları

- Mənim dünyam

1. Nə Gözəldir Azərbaycan

2. Bağçadan Gələn Səs

3. Gəl Barışaq

4. Köçəri Quşlar

5. Bir Xumar Baxışla

6. Unuda Bilmirəm

7. Mehriban İnsanlar

8. Məzəli Mahnı

9. Xalidə

10. Gözəl

 

Müğənni 12 yanvar 1994-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.