Bilal Əliyev və bir milyon Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər müğənni bir şeylə yadda qalır. Biri repertuarı, biri dava-daıaşı, biri qalmaqalı ilə. Bilal Əliyev “mən toylara bir milyona gedirəm” aşıqlaması ilə gündəmə gəldi. Əlbət ki, həmin məbləği ən yaxşı halda Beyonsa, Ledi Qaqaya vermək olar, Bilal Əliyevsə sonradan bu açıqlamasına “yəni mən toylara getmirəm” kimi don geydirdi.

Bu gün Xalq artistinin doğum günüdür.

 

Bilal Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub.

Bilal Əliyev 1982-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndə fakültəsinə daxil olub, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirib. Əmək fəaliyyətinə həmin ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlayıb.

1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərib. Son illərdə B. Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib, Azərbaycan musiqisini tərənnüm edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülüb. Bilal Əliyevə Azərbaycan prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist", Azərbaycan prezidentinin 2 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.