Mahnı janrının ən dahi bəstəkarlarından biri – Emin Sabitoğlu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bunu mən iddia etmirəm. Musiqişünaslar iddia edir, Azərbaycan musiqisində mahnı janrında 3 dahi var, bunlar Tofiq Quliyev, Ələkbər Tağıyev və Emin Sabitoğludur.

Bu gün bu dahilərdən Emin Sabitoğlunun anım günüdür.

 

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib.

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edib.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilməyib. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.

 

- Səs operatoru kimi

Dağlarda zavod

 

- Musiqi tərtibatçısı kimi

1. 150 il. Mirzə Fətəli Axundov

2. Möhtəşəm tikintinin adamları

3. Paltar fabriki

 

- Bəstəkar kimi

1. Azərbaycanın subtropiklərində

2. Kür

3. Yollar və küçələrlə

 

- Əsərlərindən istifadə olunan filmlər

1. Oxuyur Şövkət Ələkbərova

2. Payız melodiyaları

3. Azərbaycan elləri

 

Təltif və mükafatları

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. Azərbaycan SSR Dövlət mükafatı

4. Lenin komsomolu mükafatı

5. "Şöhrət" ordeni

6. Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı

 

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.