İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bunu mən yox hamı deyir. Çoxminli pərəstişkarlar, musiqi cameəsi, qədirbilən həmyerliləri, hamı… O, Xalq artisti adını almağa layiq idi, bütün göstəriciləri buna uyğun idi, necə deyərlər, idmanda olduğu kimi, bütün normativləri yerinə yetirmişdi.
Amma olmadı.
Kimlərsə bunu istəmədi.
Azərbaycan əməkdar artisti Sabir Mirzəyev 14 noyabr 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət edib.
Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.
Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları teleradinun qızıl fondunda saxlanılır. O, Prezident təqaüdçüsü olub.
2007-ci ildə Əməkdar artist adını alıb. 23 iyul 2011-ci ildə xəstəlikdən şəfa tapmaq üçün Güney Azərbaycana gedib, Təbrizdəki xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


