“Biri ikisində” – Gülnaz Fayzullanın şeiri ilə Featured

                                     

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

Gülnaz FAY­ZUL­LA

(Qazaxıstan)

         

21 sent­yabr 1980-ci il­də Gü­ney Qa­za­xıs­tan vi­la­yə­ti­nin Ot­rar ra­yo­nun­da ana­dan olub. Dün­ya Gənc Türk Ya­zar­lar Bir­li­yi­nin Məs­lə­hət Şu­ra­sının üz­vü­dür.

 

AĞ BULUDLAR

 

Ağ buludlar xəyalımda uçuşur.
Sirlərimi kürəyində daşıyaraq
Üzür göylərdə.
Ağ bulud
çəkişir yad küləklərlə.
Yağdırası yağışı yox,
yağmadan yol alıb gedir.
Mənim dərin sirlərimi
bulud karvanı
önünə qataraq
aşır təpədən.
Ağ buludlar,
mənim bəxtim sizə aiddir.
“Əlvida!” deməyə dilim gəlmir.
Sirlərimi yaxşı-yaxşı saxlayın,
ağ buludlar, saxlayın.
Əgər insan oğluna bir faydası olarsa,
istəyimi yerə səpin yağmurla.
Ağ buludlar bir-birini qovsalar,
mənim böyük istəyimi

Yer üzünə bərəkəttək səpərlər.

 

Uyğunlaşdırdı: Gülnar Səma

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.