Gəncənin məşhur bəstəkarı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gəncə - qədim diyar, Azərbaycan mədəniyyətinin beşiyi, tək elə dünyaya Nizami Gəncəvini gətirməsi ilə bu ulu diyar dünyanın mədəniyyət xəritəsində iz qoyubdur.

Bu gün Gəncədə mədəni həyat yüksək templə inkişaf edir, Gəncə Dövlət Filarmoniyasının musiqi sahəsindəki fəaliyyəti rəğbət doğurur. Ulu diyar çox sayda məşhur musiqi xadimləri də yetirmişdir, onların adlarını ən azı doğum və anım tarixlərində çəkməyə borcluyuq.

 

Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlib. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunub, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olub.

1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənib. 1972-ci ildə hərbi xidmətə yollanıb, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışıb.

1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. 1975-ci ildə viola və kamera orkestri üçün yazılan konsert, 1976-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının böyük zalında dinləyicilərə təqdim edilib. İfaçılar Azərbaycan Dövlət Kamera Orkestri, solist isə Çingiz Məmmədov olub.

1981-ci ildə "Düşüncələr" adlı estrada simfonik orkestri üçün 4 hissəli konserti bitirib. 1984-cü ildə Bakıda keçirilən "Zakafkazskaya vesna"-da gitara və kamera orkestri üçün yazılan 4 hissəli musiqisi səslənib. Bəstəkarlar İttifaqının zalında keçirilən bu konsertdə solist Ələsgər Abbasov olub. 1985–88-ci illərdə bir neçə caz orkestri üçün pyeslər yazıb. 1990-cı ildə 20 yanvar şəhidlərinə həsr etdiyi, Nüsrət Kəsəmənlinin sözlərinə "Ağlama torpağım, ağlama" adlı solistlər, xor və orkestr üçün 3 hissəli kantata yazıb.

 

1. "Ömür bitir, yol bitməz". 3 saylı Simfoniya

2. "Ağlama torpağım, ağlama…" Solistlər, xor və orkestr üçün Kantata. Söz. N. Kəsəmənlinindir

3. "Mən bu yerdən gedəli". Xor və orkestr üçün silsilə. Söz. Qaracaoğlanındır,

4. "Düşüncələr". Orkestr üçün 4 hissəli Ko

5. mən bu yerdən gedəli 3 hissəli xor və orkestr üçün kompozisiya

 

Bəstəkarı olduğu filmlər

- Arzular... Arzular...

- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası

- Babamızın babasının babası

- Bağışla   buBalaca ev

- Bəhrə

- Bəstəkar

 

Bəstəkar 10 noyabr 2023-cu ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.