Cənub bölgəsinin qızıl səsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Musiqi sənətimizə onun adı həkk olunubdur. Onun, Canəli Əkbərovun. Hər kəs deyər ki, Cənub zonası musiqi diyarı deyildir, məhz Canəli Əkbərov bu deyimi boşa çıxarıbdır.

 

Canəli Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğam sənətini atasından öyrənib, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olub. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib. Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə edib. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb. Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat edib. Ustad sənətkar İkinci Fəxri Xiyabanda dəfn edilib.

 

Filmoqrafiya

1. Havalansın Xanın səsi

2. Mənsuriyyə sorağında

3. Zəlimxan dastanı

4. Biz qayıdacağıq

5. Muğamat var olan yerdə

6. Sevda yolu. Canəli Əkbərov

7. İki xan arasında bir can

 

Təltif və mükafatları

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Şərəf" ordeni

4. "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

6. 1-ci dərəcəli "Əmək" ordeni

7. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.