Azərbaycanın xalq artisti Gülnaz İsmayılovanın doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Vokal, klassik musiqi, opera sənəti – bu sahələr həssas sahələrdir, hazırkı internet, sosial media əsrində bayağı musiqinin hegomonluğu bu sahələrə diqqət və qayğı tələb etməkdədir.

 

Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olub. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirib. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olub.

 

1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir.

2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Gülnaz İsmailova F. Əmirovun "Min bir gecə" baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü. Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s. ölkələrdə qastrol səfərlərində olub.

2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.