Vüqar Camalzadə - musiqidə yeni üslub və yeni dəb Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun musiqimizdə yeni üslub və yeni dəb müəllifi olması heç kəsə sirr deyi. Ən müxtəlif növlərin, stillərin, cərəyanların sintezi, mükəmməl musiqi və mükəmməl ifa! Hamısı bir arada, Vüqar Camalzadədə.

 

Azərbaycanın əməkdar artisti Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda dünyaya gəlib. 3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə qəbul olub və 1996-cı ildə bitirib. Amma musiqiyə maraq onu neftçilikdən uzaqlaşdırıb.

1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov) qəbul olub. 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb.

Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli simfoniya olub.

Magistr dərəcəsini isə - diplom işi - kamança və sinfonik orkestr üçün 2 hissəli konsertlə əldə edib.

Əsərləri: F-no üçün 8 Prelüd; Simfonik mənzərə; Simfonik variasiyalar; Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata; BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert; Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl; Dədə Qorqud baleti;

eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.

 

Filmoqrafiya

1. Adam ol! 2

2. Atama deyərəm

3. Çətin yol

4. Dəvətnamə

5. Əlamət

6. Əziz dost

7. Hesab

8. İstanbul tətili

 

Teatr tamaşalarına musiqi

Kukla teatrı üçün

1. “7 nar çubuğu”-2019

2. “Don ki Xot Abşeronskiy”- 2019

3. “Məlikməmmədin nağılı”-2018

4. “Tıqtıq və Taqtakın nağılı”-2014

5. “Qırmızı Papağın nağılı”-2016

6. “Turpun nağılı”- 2017

Milli dram teatrı üçün

- “Qatarın altına atılmış qadın” tamaşasının musiqisi-2012

Heydər Əliyev Fondu üçün

1. Uşaqların himni-2008

2. “Qış nağılı” tamaşası-2012

 

Diskoqrafiya

1. “One day”-Narkomaniyaya qarşı proje-2014

2. Roya Ayxanla bigə 11 mahnı-2009

3. “Vüqar Camalzadənin mahnıları”-2002

4. “Klassiklərim”-2000

5. “Lirika”-1997

 

Proyektlər

1. “Yeni ulduz” musiqi yarışması

2. Azərbaycan ve Fransalı musiqiçilərlə birgə çalışma

3. “Eurovision” mahnı yarışmasının musiqi rəhbəri

4. Fransanın Kann şəhərində Azərbaycan günləri üçün Simfonik popuri

5. “The Voice” beynəlxalq proyektinin musiqi rəhbəri

6. “The Voice Kids” beynəlxalq musiqi yarışmasının musiqi rəhbəri

7. Sosial müdafiə nazirliyinin “Bərabərik” əlil və populyar müğənni layihəsinin musiqi rəhbəri.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.