İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Başlığı elə-belədən yazmadım, yaşlı nəsil söyləyir ki, bu müğənni Sovet dönəminin ən optimist müğənnisi olub, simasında təbəssüm həmişə şux, oynaq mahnılar oxuyubdur.
Anatollu Qəniyev 10 fevral 1931-ci ildə Neftçala rayonu, Züd-Ost Qoltuq kəndində doğulub. Uşaqlıqdan musiqiyə həvəsi olub. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olub. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olub. Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olub. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanıb.
Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış edib. Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olub. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa edib. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənib.
Filmoqrafiya
1. Möcüzələr adası
2. Ulduzlar sönmür
3. Azərbaycan elləri
4. Alma almaya bənzər
İctimai televiziyada istehsal edilən Anatollu Qəniyev adlı qısametrajlı sənədli televiziya filmi ona həsr olunub.
1 oktyabr 1985-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.10.2025)