“Tı moy rodnoy” deyə hər kəsə sevgi izhar edən CAVAN ZEYNALLI Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Cavan Zeynallı yaşına görə çox cavan qalıb. Niyə? Çünki mehribandır, optimistdir, rastlaşdığı hər kəsə də “tı moy rodnoy” – yəni, sən mənim əzizizmsən deyir. Bu gün onun yubileyidir, 80 illiyidir.

 

Azərbaycan Respublikasının xalq artisti Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib, özü dediyi kimi, içərişəhərlidir, ağşalvarlılardandır. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi olub, dahi Üzeyir Hacıbəylinin kollektivində işləyib. Cavan əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirib.

Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərib.

1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olub, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib.

Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanıb. Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edib.

 

Filmoqrafiya

- Benefis

- Çətirimiz buludlardır

- Dantenin yubileyi

- Əlvida, cənub şəhəri

- İstintaq

- Kədərimiz... Vüqarımız...

- Koma 0,1 saniyədə

- Qonşu qonşu olsa...

- Oqtay Ağayev. Ötən günlər

- Park

- Sizi, kiçik toy məclisinə dəvət edirik

- Tam məxfi

- Yanmış körpülər

- Yollar görüşəndə...

 

Mükafatları

1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

2. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

 

Sənətkarı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.