İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gəncənin musiqi həyatı deyildikdə, ilk yada düşənlər Rövşən Behçət, Şahnaz və Aybəniz Haşımovalar, eləcə də Kifayət Gəncəlidir. Bu gün unudulmaz xanəndə Kifayət Gəncəlinin anım günü olduğundan, onu xatırlamaq bizə bir borcdur.
Kifayət Gəncəli 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Onu buna vadar edən musiqi sevgisi və gözəl səsi, hədsiz istedadı olubdur.
Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov Gəncədən gəlib deyə verib.
Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var.
2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib. Gəncənin "Səbiskar" qəbiristanlığında dəfn olunub.
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar artisti
86 il ömür sürmüş, musiqi xəzinəmizi qiymətli daş-qaşlarla bəzəmiş xanəndəyə Allahdan rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)