İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Pianosunda son musiqi ifası yarımçıq qalıbdır. Hələ də o piano o musiqinin davam edəcəyini gözləyir...
Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi Elmira Səfərova 16 sentyabr 1934-cü ildə Bakıda anadan olub. Atası Yusif Səfərov tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olub. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevib.
ElmiraSəfərovanınanası Cəvahirxanımisə gözəlsəsə və böyükmusiqiistedadınamalikolub. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edib. O, Azərbaycan mahnılarını çox gözəl ifa edib. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da olub) xatirinə səhnəni tərk etməyə məcbur olub.
Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayıblar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdüblər.
Elmira böyüdükdən sonra özünə musiqi yolunu seçib. «Molodyoj Azerbaydjana» qəzetinə 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım özü bu haqda belə deyib: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmayıb. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.»
1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olub. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azərbaycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynayıblar.
Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirən professor M.R.Brennerin sinfinə daxil olub. Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibətilə fərqlənib. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəyib və sonralar öz pedaqoji təcrübəsində tətbiq edib.
Elmira Səfərova 11 yanvar 1997-ci ildə 62 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)