İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Sarı güllər” və “Qara gözlər” – dillər əzbəri olan bu iki mahnı ilə bir vaxtlar İlqar xəyal əsl şöhrət piki yaşadı. Amma sonra ortaya diringi musiqilər çıxanda, trenfd dəyişəndə yeni mühitlə ayaqlaşa bilməyib get-gedə populyarlığını itirdi. Amma hələ də o hit mahnılar səslənəndə onlara gənc nəsil biganə qala bilmir.
Düşünürük, İlqar Xəyal bu gün də musiqimizə və səhnəmizə çox lazımdır.
Azərbaycanlı müğənni, televiziya aparıcısı İlqar Xəyal 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olub. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində alıb. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyil göstərib. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət edib və o zaman "Qərib Durnalar" mahnısı təqdim olunub. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı güllər" olub. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. 1990-cı illərin əvvəlində müğənni məşhur Karvan qrupunun tərkibində məşhurlaşıb.
Diskoqrafiya
Albom
Mahnılar
1. Bakinski bulvar
2. Ərköyün qız
3. Haradasan
4. İlahə
5. Kaş ki, olaydım
6. Mələyim
7. Ömür günləri
8. Ptitsa volnaya
9. Qara gözlər
10. Qərib dünyalar
11. Sarı güllər
12. Tufanla oynama
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)