SƏNƏTKARLARIMIZI TANIYAQ – Əzizağa Məmmədov Featured

 

Yəqin, kimdən soruşulsa ki, müğənnilərimiz arasında xalq artistlərini tanıyırsanmı, düşünmədən əlbəttə deyəcək. Amma elə deyil. Hamısını tanıya bilmərik ki. Odur ki, düşdükcə, təqdim edildikcə niyə də tanımayaq.

 

Bu gün sizlərə Azərbaycan Respublikasının xalq artisti Əzizağa Məmmədov  barədə söz açmaq istəyirəm. Ona görə ki, bu gün onun doğum günüdür. Necə deyərlər, ömrünün 68-ci baharına qədəm qoyur. Bəri başdan deyək ki, bu ifaçının repertuarında toy, çənlik mahnıları, sevgi lirikası yox, vətənpərvərlik mahnıları yer alır.

O, 26 avqust 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olub.

Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti  fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.

Əzizağa Məmmədovu fərqləndirən bir cəhət, öndə qeyd etdim, onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur.

Müğənninin öz dəsti-xəttinin olması çox gözəldir.

Onda onu başqaları ilə dəyişik salmazsan.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.