Fayton onu məşhur etdi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açacağım şəxs həm müğənni, həm aktyordur, əslən güneylidir. Onu bircə mahnı tanıdıb və ona indi hamı Faytonçu Nazim deyir.  Bəli, düz tapdınız, söhbət Nazim Pişyaridən gedir. Və bu gün onun doğum günüdür.

 

Nazim Pişyari 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir.

1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub.

1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almaniyanın bir sıra şəhərlərində qastrolda olub.

Nazim Pişyarinin ağrılı-acılı günləri də az olmayıb. O, 2025-ci ilin yanvarında işemik insult keçirib, yıxılaraq kəllə beyin travması alıb. Yaxşı ki, sonradan səhhəti qaydasına düşüb.

 

Filmoqrafiya

- Məşədi İbad-94

 

Allah köməyi olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.