İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
80-ci illərin əvvəllərində Azərbaycanın ən populyar kişi müğənnisi o idi. Uzun müddət “ara müğənnisi” kimi televiziyaya, konsert salonlarına yolu bağlı olsa da məşhurluğu öz sözünü dedi, get-gedə ona meydan verildi. Beləcə, tezliklə o, əməkdar və xalq artisti Ağadadaş Ağayevə çevrildi.
Bu gün onun doğum günüdür, 69 yaşını tamamlayıb 70-nə doğru yön alacaq.
Ağadadaş Ağayev 25 avqust 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib. 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib.
1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb.1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib.
Ağadadaş Ağayevin bir mahnısı vardı, “Könlüm qəmin eylər”, bu onun ən məşhur mahnısı olaraq qaldı.
Könlüm qəmin eylər,
Dilim nəğmələr söylər.
Təki mənə bircə kəlmə
Sevirəm de.
Filmoqrafiya
- Yerlə göy arasında
- Tənha durna uçuşu
Mükafatı
- "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl başına xoşagəlməz bir hadisə də gəlib. Xatirinizdədirsə, xəstəxana gözətçisinə balta atmışdı, həbs, ictimai qınaq basqısı olmuşdu.
Nə isə.
Allah köməyi olsun.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)