İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzən insan min bir əziyyətlə hədəflərinə çatır, sevilir, məşhurlaşır, yaradıcılığının ən çiçəkli dövründə isə dünyadan köçür. Özündən sonra bir dünya xatirə, bir də ərsəyə gətirdiyi işlərini qoyur. Elə Rüfət Mehdiyev kimi.
Müğənni, aktyor Rüfət Mehdiyev 7 iyul 1969-cu il tarixində Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində meyl saldığı musiqinin sirlərini öyrənib.
Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində ali təhsil alıb. 1989-cu ildən musiqi ilə peşəkar məşğul olub.
1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.
Filmoqrafiya
- Qış nağılı. I film
- "Moskva-Bakı" qatarı
- Dünən qəfildən gəldi
Rüfət Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan vəfat edib. Nizami rayon qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)