“Şəbi-hicran” musiqimizdə bir yeni dönəm oldu Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Elit müğənnilərimiz az da olsa var. Onlar həm səviyyəli mahnılar oxuyurlar, həm də imicləri bayağı deyil, tərbiyələri yerindədir. Azərbaycanın sevilən müğənnisi Sevda Ələkbərzadən də bu sıradadır və bu gün onun doğum günüdür.

O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.

 

Sevda Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlayıb, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olub. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayıb.

 

Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim ediblər. S. Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alıb. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S. Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış edib.

 

O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil edib. S. Ələkbərzadə ilk klipi Cəmil Əmirov bəstəsi ''Demə ki, sevirəm'' mahnısı olub. Ardınca, Salman Qəmbərov aranjımanında 'Əlvida'' mahnısıni klip şəklində təqdim edib.

 

2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış edib. 2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Bethovenin "Sevinc odası" əsəri S. Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edilib. Həmçinin bu əsərin sinql-diski də buraxılıb.

 

Albomları

- Şəbi-Hicran

- Get

- Gül açdı

- Sevdalı dünya

- Intro

 

Filmoqrafiya

1. Əlvida, cənub şəhəri

2. Süni bənövşələr

3. İlahi məxluq

 

Populyar mahnıları

- Demə Ki, Sevirəm

- Əlvida

- Məhəbbət Ki Dəb Deyil

- Ulu Vətən

- Mənimləsən

- Dəli Arzular

- Mən Səni Gözlədim

- Gündüz-Gece

- Arazbarı Zərbi-Muğam

- Sev Məni Bu Payız

- Sən Yadıma Düşəndə

- Şahzadə (Gəl, Yarım)

- Qal, Sənə Qurban

- Viranə

- İstəmirəm

- Demə

- Hisslərim Dumanda

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.