Fleyta ifaçımız Parisdə beynəlxalq mükafata layiq görülüb Featured

Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsindəazərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksək mükafata layiq görülüb.

Soydaşımız “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük Mükafat Ulduzu) ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan tanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərək onların yaradıcılığını yüksək səviyyədə qiymətləndirir.

Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.

Qeyd edək ki, Ağarahim Quliyev 2022-ci ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan Şuşa səfərində də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.