Bülbülün 128 illiyinə həsr olunmuş tədbir keçirilib

Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və Şövkət Ələkbərova adına 20 nömrəli 11illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 128 illiyinə həsr olunmuş tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Bülbüllə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. 

 Daha sonra muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbülün həyat və yaradıcılığından, Ümummilli Lider Heydər Əliyevin Bülbül yaradıcılığına göstərdiyi diqqət və qayğıdan, muzeyin yaranma tarixindən bəhs edib.

Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı, şair - publisist Güləmail Murad çıxış ediblər. 

Bülbülün xatirəsinə həsr olunmuş tədbirdə Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romansı, "Muğamsayağı", Fikrət Əmirovun "Yaz nəğməsi", "Məktəblilər nəğməsi ",  Tofiq Quliyevin "Coş dənizim" mahnısı, Həsən Rzayevin "Çahargah rapsodiyası" və digər əsərlər səsləndirilib. 

Sonda Bülbülün ifasında Qliyerin "Şahsənəm" operasından Aşıq Qəribin ariyası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.