Əvvəl mərsiyəxan, sonra xanəndə Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında bilgili olanlar “əvvəl mərsiyəxan, sonra xanəndə” ifadəsi ilə dərhal söhbətin kimdən getdiyini anladılar. Söhbər muğam ustadlarından biri – Tələt Qasımov barədədir, bu gün doğum günüdür.

Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib  və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb. Tələt Qasımovun repertuarı zəngindir.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTV Fondunda saxlanılır.

Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan T.Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirib.

 "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanıb. O, uzun illər "Azərkonsert" Birliyinin solisti olub, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil edib. Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.

O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.