Xalq artisti, dirijor Fəxrəddin Kərimov! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Maestro Niyazı! Dirijorlardan söhbət düşmüşkən ağlımıza ilk olaraq bu ad gəlir. Başqa hansı dirijoru tanıyırıq? İndi bir ad çəkəcəyəm. Çox məşhur bir dirijorun adıdır.

 

Dirijor Fəxrəddin Kərimov 1954-cü ildə anadan olub. Bülbül adına orta ixtisas məktəbini bitirdikdən sonra 1973–1978-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında violino sinfi üzrə təhsil alıb. H. A. Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V. Gergiyev və prof. İ. Musinin sinfində oxuyub. Kirov adına opera və balet teatrinda (Mariinski teatr) təcrübəçi-dirijor olub. İstanbulun Memar Sinan adına Universiteti nəzdində Dövlət Konservatoriyası simfonik orkestrinin dirijoru kimi çalışıb.

1995-ci ilde İstanbul şəhəri Bələdiyyəsi rəhbərliyinin dəvəti ilə C. R. Rey adına konsert zalı nəzdində opera və simfonik orkestri yaradaraq 1995–1999-cu illərdə həmin kollektivə rəhbərlik edib. 2000-ci ildə İzmir Dövlət opera və balet teatrı tərəfindən S. Prokofyevin "Romeo və Culyetta" baletinə musiqi rəhbəri qisminde dəvət alan F. Kərimov bu teatrda baş dirijor vəzifəsində çalışıb.

Qastrol marşrutları Almaniya, Polşa, Ruminiya, Rusiya, Belarus, Turkiyənin bir çox şəhərlərindən keçir.

Bir çox festivalların — "Belıye noçi", I Beynəlxalq türk musiqisi festivalı, K. Silvestri adina beynelxalq festival, "İ. Arxipova və V. Pyavko dəvət edirlər…" və s. iştirakçısı olub. 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Baki Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir.

Prezident Mükafatına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Azərbaycan xalq artisti adına layiq görülüb layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.