Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı keçirilib.
Tədbir 15 İyun - Milli Qurtuluş gününə həsr olunub.
Sözügedən gecədə Xalq artisti Tünzalə Ağayeva da iştirak edib. Pop ulduz sevənləri üçün repertuarının ən zəngin, parlaq, vətənpərvər ruhda olan “Mən Azərbaycanlıyam” əsərini səsləndirib.
Estrada ulduzunun möhtəşəm çıxışı qonaqlar tərəfindən gür alqışlarla qarşılanılıb.
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)