Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

 Moskva Caz Festivalı çərçivəsində “Ermitaj” bağında tanınmış azərbaycanlı pianoçu və bəstəkar Riyad Məmmədovun çıxışı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, musiqiçi tamaşaçılara öz müəllif kompozisiyalarını təqdim edib. Konsert proqramına şərq motivləri ilə Qərb musiqi formalarının sintezi olan muğam-hicaz üslubunda əsərlər də daxil olub.

Riyad Məmmədovla birgə səhnəyə baraban ifaçısı Ömər Səidov, kontrabasçı Mixail Dmitriyev və saksafonçu Mirhüseyn-xan Talışinski çıxıblar. Həmçinin, onun “East of Eden” və “East of Eden II” albomlarından parçalar səsləndirilib.

Konsertin xüsusi anlarından biri isə Rusiya xalq artisti, tanınmış saksafon ifaçısı İqor Butmanın səhnəyə çıxması olub. Onun iştirakı ilə Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Bana-bana gəl” əsəri səsləndirilib.

Gecənin fəxri qonağı isə multiinstrumentalist və bəstəkar Yuri Qinzburq olub.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.