Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Xalq artisti Tünzalə Ağayeva 15 iyun Milli Qurtuluş günü münasibəti ilə səhnə alıb. Pop ulduz bu dəfə Xaçmazda çıxış edib. Konsert Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Televiziyasının birgə təşkilatçılığı ilə baş tutub.
Çəhrayı əlbisə geyinən müğənni dillər əzbərinə çevrilən hitlərini səsləndirib.
Olduqca isti qarşılanan estrada ulduzuna balacadan böyüyə hər kəs öz saf, təmiz sevgisini göstərib.
Rəngarəng görünən müğənninin səhnə geyiminin müəllifi dizayner Lali Rüstəmova olub. Saç makiyajı isə stilist Sabir Bağırova məxsus idi.
“Ədəbiyyat və incəsənət”
(15.06.2025)