İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür. Bu kəlmələri söyləyirəm, amma dilim gəlmir deyəm ki, “mərhum” Nailə Mirməmmədlinin. Hələ də, çoxumuz onun yoxluğu ilə barışa bilmirik.
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. O, 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur.
Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur.
1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.
Mükafatları
- Azərbaycan Respublikası Müdafiə nazirliyi- Fəxri Fərman
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Fəxri Fərman
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Diplom
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Fəxri Diplom
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi- Diplom
- Azərbaycan Güləş Federasiyası- Fəxri Fərman
- Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi- Fəxri Fərman
- Azərbaycan Dövlət Pedaqoji Universiteti- Fəxri Fərman
- İdeal Sülhün Təbliği Fondu- Diplom
Yaradıcılığı
- "Azərbaycan" — Xor əsəri
- "Azərbaycan səs salacaq" — Xor əsəri
- "İstiqlal günü" — Simfonik orkestr və xor üçün əsər
- "Sülh" — Simfonik orkestr, xor, solist üçün oda
- "Xocalı" — Simfonik orkestr, xor, solist üçün oda
- "Laçın intizarda, Şuşam dardadır" — Simfonik orkestr, xor, solist üçün oda
- "Azərbaycan bayrağı" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
- "Çağırış" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
-Və çoxlu-şoxlu mahnısı…
Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib. "Qurd qapısı" məzarlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)