Bakıda inanılmaz bir moda hadisəsi yaşanacaq - Baku Fashion Week!
Bakı Konqres Mərkəzində 16, 17 və 18 may tarixində seyrçilər dünya modasının çağdaş durumu atmosferində olacaqlar.
Onlar 2025–2026 payız/qış kolleksiyalarını, tanınmış və yeni dizaynerlərin nümayişlərini, xüsusi quraşdırılmış showroom-ları, fəaliyyət zonalarını və moda sənayesinin unudulmaz atmosferini yaşayacaqlar.
Tədbir bölgənin ən müasir və simvolik məkanlarından biri olan Bakı Konqres Mərkəzində keçirilməsi də rəmzidir. Bakıda moda tarixinin yeni dövrünün bir hissəsi olmaq fürsətini seyrçilərə məhz bu məkan yaratmağa qadirdir.
“Ədəbiyyat və incəsənət” portalı tədbirin öroqramını fəqdim edir:
16 MAY EMRE ERDEMOGLU (Türkiyə) CONFIDANCE (Azərbaycan) UVENTA (Azərbaycan)
17 MAY SAINT ASLAN (Azərbaycan) DADA’S (Azərbaycan) CIHAN NACAR (Türkiyə) TUVA (Azərbaycan)
18 MAY ZHIWJ (Tacikistan) FİDAN SADİQ (Azərbaycan) CHOVGHUN (Azərbaycan)
Başlanğıc: saat:18:00–22:00
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)