Yaratmağın yaşı yoxdur Featured

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”

  

İllərdir, Feysbukda bir həştəqlə paylaşımlar edirəm: #yaratmaqgözəldir.

Hə... Yaradanın yaratdığı hər şeyə heyran olan insan təbiətinin yaratmağa cəhd etməsi anlaşılandır. Hələ onu demirəm ki, müqəddəs kitablarda deyildiyi kimi, “Tanrı insanı özünəbənzər yaratdı”...

 

Bəs yaratmaq eşqi ilə insan nə vaxt tanış olur? Məncə, burda da fitrətdən söhbət gedir-yenə Tanrının ruhumuza ərməğan etdiyi yaratmaq cəhdi... Və də bacarmaq!

Belə yerdə ürəklə deyə bilərik: yaratmağın yaşı yoxdur! Balaca rəssam Həsən kimi...

İsmayılov Həsən Fuad oğlu 2015-ci il oktyabrın 1-də dünyaya gəlib. Bakı şəhərindəki 161 nömrəli məktəbin V sinif şagirdidir. Dili söz tutmayanda belə, rəngləri seçib, sevib Həsənin gözləri, zehni.  Hamı anlayıb ki, Həsən yaratmağa qabildir.

Müəllimi rəssam Günəş Kərimlə tanışlığı isə Həsənin yaratmaq eşqini qönçəlikdən çıxarıb, pardaqlamasına səbəb olub. “Ən çox Azərbaycanı sevirəm!”-deyir balaca rəssam. Bir də deyir ki: “Azərbaycanın rəngarəngliyini də sevirəm!”

Həsənə rənglərlə, fırçayla olan sirdaşlığında uğurlar arzulayır, yaratmaq eşqinin daim qaynar olmasını diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.