İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kamal Ələkbərov monumental heykəllər ustasıdır, Əcəmi Naxçıvaninin 850 illiyi münasibətilə düzəltdiyi heykəl barədə o, 1976-cı ildə ozamankı "Ədəbiyyat və incəsənət" qəzetinə müsahibəsində fikirlərini belə bölüşmüşdü:
"Deyirlər ki, bəzən sənətkarların şəxsiyyəti ilə əsərləri arasında fərq olur. Mən bu fikirlə qətiyyən razı deyiləm. İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun. Özü də Əcəmi Naxçıvani kimi dahi bir memar!"
Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olub. Ələkbərov ailəsi yoxsulluqda yaşayıb. Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanıb. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirib. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyib. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edib. Onun yaratdığı heykəltaraşlıq portretləri: "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958–59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s.
Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunan abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunan abidələri yaradıb.
Kamal Ələkbərovunmonumentalheykəllərinə gəlincə, qeyd etdiyimiz ƏcəmiNaxçıvanininheykəlinin yaranma tarixi 1976-cı ildir, heykəl Əcəmi Naxçıvaninin 850 illiyi ilə münasibətilə düzəldilibdir.
Yasamal rayonun parkın ərazisində Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova quraşdırılmış abidə Kamal Ələkbərovun əsəridir. 2008-ci ildə abidə sökülüb və onun yerinə parkın əsaslı yenidənqurmadan sonra dövlət bayraqları qoyulub.
Amma heykəl daha gözəl idi, o boyda monumental abidənin üzündə ksmetik dəyişiklik edib 1918-ci il Cumhuriyyət quranlar kompleksi etmək və bayrağı da oradan yüksəltmək olardı. Amma söküb-dağıtmaq ustaları o boyda nəhəng abidəni dağıdıb (yəqin ki əsas məqsəd mərməri çıxdaş etmək idi), yerinə butılka düzəldərək içinə bayraq sancıblar.
Azərbaycan Prezidenti Heydər Əliyevin 30 may 2002-ci il tarixli fərmanı ilə Kamal Ələkbərov Azərbaycan Xalq Rəssamı adına layiq görülüb. Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli fərmanına əsasən Kamal Ələkbərov fərdi prezident təqaüdçüsü olub.
Rəssam 2009-cu il mayın 21-də 81 yaşında vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


