Onun portretlər qalereyasında incəsənət xadimlərin, tibb alimlərini, müxtəlif peşə sahiblərini görmək olar Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra Güllü Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Cərcou şəhərinə köçüb. O, 1919-cu il 29 noyabrda həmin şəhərdə anadan olub. Anası Nabat xanım Seyid Əzim Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa vətənə qayıdıb, ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçüb.

 

Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət edib. Tematik tablolar və portretlər yaradıb: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilib.

1947-ci ildə yaratdığı "Məhsəti Gəncəvi" portreti rəssamın yaradıcılığında xüsusi yer tutub. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll edib. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirib. Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova anasının Məhsəti Gəncəvi ilə bağlı əsəri haqqında deyir: "Onun vizit kartı — öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi"

Güllü Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə — (məsələn, "Bizim uşaqlar" silsiləsi) təşkil edir. 1973-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı", 4 mart 1992-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" adına layiq görülüb. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılıb.

G.Mustafayevanınərsəyə gətirdiyisüjetlitablovə portretəsərləriarasında "Mirzə FətəliAxundovunevində axtarış" (1938), "Balacamusiqiçi" (1938), "Nizamiqocaaşığı dinləyir" (1941), "Leylivə Məcnunmədrəsədə" (1941), "MəhsətiGəncəvininportreti" (1947), "Pambıqçı BəstiBağırovanınportreti" (1950), "MəcnununLeylininməzarı üzərində ölməsi" (1952), "Professor, oftalmoloqUmnisə Musabəyovanınportreti" (1957) başqalarını qeydetməkolar.

Rəssamınyaratdığı portretlərqalereyasınanəzəryetirdikdə  incəsənətxadimlərinin, tibbalimlərinin, müxtəlifpeşə sahiblərininyaddaqalanbədiisurətlərqalereyasını görməkolar. RəssamXIIəsrdə yaşamış, məşhurrübailərustadı, şairMəhsətiGəncəvininportretinisondərəcə ustalıqlaişləyib. O, axtarışlarapararaq, obrazı yaradarkənənincə detallaravarmış, sondauğurlubədiitəsirqüvvəsinə malikəsəryaratmışdır.

G.Mustafayevanınmənzərə əsərlərindən "Xaçmazmənzərəsi" (1944), "Qubamənzərəsi" (1945), "Dilican. Etüd" (1945), "Şuşamənzərəsi" (1948), "Qusarmənzərəsi" (1952), "Qubamənzərəsi" (1957), "Buzovna. Etüd" (1968)  və başqalarını qeydetməkolar. Rəssamınmənzərə əsərlərininadlarınadiqqətyetirdikdə onun  ölkəmizindilbərguşələrinə necə yaradıcı məhəbbətlə bağlandığını və ilahininbəxş etdiyitəbiətgözəlliklərinirənglərinsirlidiliilə təxəyyülündənsüzərəktamaşaçısına çatdırmaqistədiyiniduymaqolar.

Rəssam 1960-cı ilFransasəfərindən  "Rəssamlarmeydanı", "Paris, Operateatrı", "Eyfelqülləsi", "Meton şəhəri", 1961-ciilTunissəfərindən  rəbqızı Lətifə", "Tunisliməktəbli", "Qabesalı qadın", "Qoca", "Kasıbərəb", 1962-ciilMacarıstansəfərindən "Budapeştdə küçə", "Macaraktrisası", "Budapeştliqız", "Dunaysahillərində" və başqaəsərləriniyaratmışdır. G.Mustafayevagərginyaradıcılıqvə ömüryolukeçib.

Rəssam18 may 1944-cü ildə Bakıdavəfatedib. Bugünonunanımgünüdür.

Allahrəhməteləsin!

 

“Ədəbiyyatvə incəsənət

(18.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.