“Ədəbiyyat və incəsənət” portalı “Soruşun, cavab verək” rubrikasında bu gün sizlərə dövlət mühafizəsinə götürülmüş abidələrin sayı barədə məlumat verəcək.
Hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur. Bu fikri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” Forumunda mədəniyyət nazirinin müavini Səadət Yusifovanın çıxışından götürmüşük.
S.Yusifova 1400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyektin yeni aşkar edilmiş abidə qismində qeydiyyata alındığını deyib: “Ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib".
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)


