İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq rəssamlarımızı tanıyaq, onların qədrini bilək. Bu gün Azərbaycan Respublikasının xalq rəssamı Oqtay Şıxəliyev barədə danışacağıq. Onun anım günüdür bu gün.
Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə, 8-ci sinfi bitirdikdən sonra isə 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub.
1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olub. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdıb, Respublika Gənclər festivalının qalibi olub.
Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayıb. Sərgilərdə nümayiş olunan ilk işlərində Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edib. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Bütün yaradıcılıq fəaliyyəti dövrü ərzində həm SSRİ məkanında, həm də Azərbaycanda bir çox rəssamlıq məktəblərinə, müəyyən ittifaqlara dəvət olunub.
1964-cü ildən M. Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlayıb. Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərib. Şıxəliyevin yaradıçılığı, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb və o 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2002-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adları verilib.
Bunlardan "Uşaq aləmi" univermağı, uşaq kafesi, "Ceyran" kafesi, "Turist" mehmanxanasının bədii tərtibatında, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər maraqlıdır. Həmin əsərlər kompazisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edib.
Mükafatları
1. Azərbaycan SSR əməkdar rəssamı
2. Azərbaycan Respublikasının xalq rəssamı
Oqtay Şıxəliyev 31 yanvar 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.01.2026)


