İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hər şey məktəbli ikən başladı. Təsadüfən o, fransız rəssamı Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış oldu. Və onda rəssamlığa müdhiş bir sevgi oyandı. Rəssamlıq məktəbində təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşdü. 1949–1954-cü illərdə Leninqradda yaşadı, Dövlət Ermitajında fəhlə kimi çalışdı. Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaq, rəsmlərin əhatəsində olmaq idi...
"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.
Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı…"
Bu, Lyubov Mircavadovanın, ünlü rəssamın xanımının xatirələridir.
Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlib. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırıb.
Burada 1 il çalışdıqdansonraişə gecikdiyi üçün 6 aymüddətində həbsedilib(o vaxt belə amansız cəzalar var idi)və Bayılhəbsxanasınagöndərilib.
1941-1949-cuillərdə MircavadovBakıdarəssamlıqməktəbində ilkrəsmtəhsilinialıb. Qeyd etdiyim kimi, 1949-cuildə təhsilinintamamladıqdansonrahəyatının Leninqrad dönəmi olub, 5 il Ermitajda çalışıb. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edib və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanıb. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski olub.
Qeyd etdiyim kimi, Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı olub. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar olub.
Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə deyib:
"Mircavadov əsərlərində şeytanı dramatikləşdirmiş, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb.
O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."
1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirilib. Növbəti sərgi isə Moskvada baş tutub. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunan fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
1992-ci ildə o Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


