Xalq rəssamı Rasim Babayevin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə heyran olmamaq mümkün deyil. Bu rəsmlər vaxtında çox məşhur olub, sərgi salonlarını dolaşıb. İndi də muzeylərdə və şəxsi kolleksiyalarda yer alır...

 

Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirib.

Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olan rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikası janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınıb

Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir.

Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır. Həmçinin "Müharibə olmasın", "Berlin-63", "Ölüm düşərgəsi", "Qardaş xatirəsi" və s. əsərləri də müharibə əleyhinə çəkilib.

Rasim Babayevin bir sıra əsərləri sovetlər dövründə geniş işıqlandırılmayıb. Həmin əsərlərlərə nümunə olaraq "Torpaq" (1963), "Sahil" (1965), "Yol" (1966), "Yaxın Şərq" (1967), "Ailə" (1971), "Səyyah" (1974), "Ordu" (1978), "Qapı" (1982), "Qadın" (1983), "Müharibə" (1983), "Novruz" (1983), "Qadın və div" (1986), "Faciə" (1987), "Adəm və Həvva" (1988), "Yüklü dəvə" (1992), "Bəla" (1997), "Gecə" (2003), "Divlər" (2004) və s. əsərləri qeyd etmək olar.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı (1964)

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı (7 may 1988)

- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı (1991) — 1988–1989-cu illərdə yaratdığı silsilə rəsm əsərlərinə görə

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002.

 

Rasim Babayev 22 aprel 2007-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.