İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Razılaşın ki, o rəssamlıqda ən şətin sahəni seçib.
Gündüz Əlizadə 11 fevral 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olub. 1962-ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə gedib. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirib, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa başlayıb.
1970-ci ildə 8-ci sinfi bitirən Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bədii tərtibat fakültəsinə daxil olub, 1974-də təhsilini uğurla basa vurub. Leninqradda Ali təhsil almaq üçün bron alıb, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmayıb.
Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə çağrılıb, orada da rəssam kimi fəaliyyətini davam etdirib. 1976-cı ildə hərbi xidmətini tamamlayan Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olub. 1982-ci ildə ali təhsilini bitirib, Bakı reklam idarəsinə təyinat alıb.
Ötən əsrin 90-cı illərə qədər dizayner, daha sonra "İsıq" nəşriyyatında Məmməd Ismayılın baş redaktor olduğu dönəmdə bədii redaktor işləyib. 1989-cu ildən Gündüz Əlizadə "Kirpi" və "Gənclik" jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınıb.
Bir çox kitabın tərtibatını verən Əlizadə 1999-cu ildə karikatura ve plakatlarından ibarət kitabını çap etdirib. Dahi Füzulinin 500 illiyinə illustrasiyalar işləyən rəssam 2000-ci ilə qədər Nəriman Həsənzadənin, daha sonra Ayaz Vəfalının baş redaktoru olduğu "Ədəbiyyat və incəsənət" qəzetində bədii redaktor ve həvəskar junalist kimi çalışıb. Gündüz Əlizadə 2017-ci ilin 9 dekabr tarixində Almaniyada vəfat edib, Bakıda Əhmədli kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.12.2025)


