Azərbaycanlı rəssamın əsəri İtaliyanın nüfuzlu jurnalında çap olunub

 

Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin rəsm əsərlərinin dünyanın nüfuzlu jurnallarında fərqli formatlarda çapı davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, rəssamın "Gecənin mistikası" əsəri İtaliyanın “Figgi” jurnalının sentyabr nömrəsinin əsas səhifəsində yer alıb.

 

Jurnal moda, incəsənət və süni intellekt mövzularını əhatə edir.

 

Qeyd edək ki, Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamı siyahısına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.