İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onunardıcılvə müntəzəm şəkildə irihəcmliakvarelsilsilələrinə qüvvətlimeyletdiyinigörməkmümkündür. Azərbaycanıntəbiətinə həsrolunan "Xınalıq" akvarellərsilsiləsindən "Yağışdansonra" lövhəsibubaxımdanmaraqlıdır. YusifHüseynovun çəkdiyitablo, plakatvə akvarelsilsilələrimüasirAzərbaycantəsvirisənətininqiymətlinümunələrikimidünyanınbir çoxsərgisalonlarında, rəsmqalereyalarındavə muzeylərində uğurlanümayiş olunaraqmillimədəniyyətimizilayiqincə təmsiledib.
Bu gün Azərbaycan SSR xalq rəssamı Yusif Hüseynovun anım günüdür. O, 1928-ci il oktyabr ayının 15-də Bakıda anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirib. Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr edən Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaradıb.
Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyillər rəssamın yaratdığı portretlərdə də öz əksini tapıb. Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olub. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərib. "Göyərçin" uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr verib.
Respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib, 1987-ci ilə qədər ittifaqa rəhbərlik edib.
Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunub. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri olub. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışıb. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf edib.
Rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat edib. Allah rəhmət eləsin!
Təltifləri
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
“Ədəbiyyat və incəsənət”
(01.09.2025)