Luvr muzeyində sərgisi təşkil olunan gənc rəssamımız Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, Azərbaycan həm də dahi rəssamlar diyarıdır, yüz illərdir ki, bu ənənən davam etdirilir, bu gün də estafet istedadlı gənc rəssamlardadır. Onlardan biri barədə danışacağam. Axı bu gün onun doğum günüdür.

 

UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədovdur bugünkü qəhrəmanım.

O, 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alıb. İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur.

Bəli, Sakit Məmmədov nəinki Azərbaycan incəsənətini dahiyanə işlərlə zənginləşdirir, həm də gənc rəssamlar yetişdirir.

Bir şeyi də  əlavə edim ki, Nizarın istedadı tək rəssamlıqla məhdudlaşmır, o, həmçinin aktyorluğa da meyl edir. Qəhrəmanım “Sonun Başlanğıcı” serialında baş rolu - "Mənsur" obrazını canlandırıb.

 

Sərgiləri

 

-  Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi

- Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi

- Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi"

- "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi

- Qalereya "1969"-da "Gənc rəssamların sərgisi"

- 5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi

- "Gənc rəssamların sərgisi"

- Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi"

- Qəbələdə "I Beynəlxalq sərgi"

- Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi"

- Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi"

- Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı

- Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi

-  Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal)

-Luvr muzeyində düzənlənən birgə sərgi və s.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.