Rənglərdən möcüzə yaradan Nəvai Metin Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bu gün rəssam Nəvai Metinin doğum günüdür. O, həm bir-birindən gözəl tablolar çəkir, həm Azərbaycan rəssamlarının dünya rəssamları ailəsinə inteqrasiyalarına çalışır, həm tez-tez rəsm sərgiləri təşkil edir, müxtəlif kataloqların nəşrinə vəsilə olur, həm də çoxsayda şagird yetişdirir. Mədəniyyətimiz üçün çox gərəkli bir fəaliiyəti var Nəvai bəyin.

  

Nəvai Metin (Məmmədoğlu) 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir.

1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb.

1989-cu ildən mütəmadi olaraq mətbuatda, sərgilərdə əsərləri nümayiş olunur. Fərdi və qarışıq bir çox yerli və xarici sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir. Bu yaxınlarda mərkəzi Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi və Azərbaycan Rəsm Komitəsinin başkanı seçilib.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.