İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycandan dahi rəssamlar pleadası çıxıb. Bu sırada bir ad da var: Tahir Salahov. Sabah onu hörmətlə anacaq, “Allah rəhmət eləsin” deyəcək, yaratdığı möhtəşəm tablolara göz yetirəcəyik. Axı sabah onun anım günüdür.
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbinə, 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub. 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirəndə artıq o, kifayət qədər tanınan rəssam idi.
1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində, diplom işi olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.
“Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”, “Xəzər üzərində”, “Dananın portreti”, “Xəzərdə səhər”, “Növbədən qayıdanlar”, Bəstəkar Qara Qarayevin portreti”, “Sənə, bəşəriyyət!”, “Abşeron qadınları”, “Roma. Kafe Qreko", “Aqava”, “Monakoda görüş” kimi məşhur əsərlərinin müəllifidir Tahir Salahov.
Mükafatları:
- "Əməkdə fərqlənməyə görə" medalı
- SSRİ Azərbaycan SSR əməkdar incəsənət xadimi
- SSRİ Azərbaycan SSR xalq rəssamı
- SSRİ "Qırmızı Əmək Bayrağı" ordeni
- SSRİ SSRİ xalq rəssamı
- SSRİ "Oktyabr inqilabı" ordeni
- Bolqarıstan I dərəcəli Kirill və Mefodi ordeni
- SSRİ Xalqlar Dostluğu ordeni
- SSRİ Lenin ordeni
- SSRİ "Oraq və Çəkic" medalı
- SSRİ Sosialist Əməyi Qəhrəmanı
- Rusiya III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
- Azərbaycan "İstiqlal" ordeni
- Rusiya II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
- Gürcüstan "Şərəf" ordeni
- Azərbaycan "Heydər Əliyev" ordeni
- Fransa Ədəbiyyat və İncəsənət ordeni (Fransa)
- Rus Pravoslav Kilsəsinin Şöhrət və Şərəf ordeni
- Azərbaycan III dərəcəli "Şöhrət" ordeni (Azərbaycan)
- Fransa Fəxri Legion ordeni
- Fransa İncəsənət və Ədəbiyyat ordeni
- Rusiya "Dostluq" ordeni (Rusiya)
- Azərbaycan 1-ci dərəcəli "Əmək" ordeni
Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının gümüş medalını "Bəstəkar Qara Qarayevin portreti" əsərinə görə, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR -in mükafatını M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasının tərtibatına görə, SSRİ Dövlət mükafatını "Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti", "Xəzərdə" əsərlərinə görə, Azərbaycan SSR Dövlət mükafatını "Yeni dəniz" əsərinə görə qazanmışdır.
O, həmçinin SSRİ dönəmlərində M. B. Qrekov adına qızıl medala, Sofiya Triennalesində I mükafata, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına, Rusiya Beynəlxalq humanitar fondunun "MDB ulduz bürcləri" mükafatına, UNESCO-nun Pikasso medalına, Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatına,
Müstəqil Dövlətlər Birliyinin "Birlik Ulduzları" dövlətlərarası mükafatına, Türk mədəniyyətinin təbliğində xidmətlərinə görə "Vətən övladı" qızıl ordeninə, Rusiya Rusiya Federasiyasının Dövlət mükafatına, A. A. Plastov adına Beynəlxalq mükafata və daha neçə-neçə irili-xırdalı mükafatlara layiq görülmüşdür.
- Azərbaycan Heydər Əliyev mükafatı
Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunmuşdur. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır. 2018-ci ildə "BBC Four" televiziya kanalında yayımlanan "Sənətsevər bələdçi" (ing. An Art Lovers' Guide) verilişinin aparıcısı Alister Suuk (ing. Alastair Sooke) Tahir Salahovu "Azərbaycanın ən dahi yaşayan rəssamı" adlandırmışdır.
2019-cu ildə İngiltərə modelyeri Lu Dalton (ing. Lou Dalton) Tahir Salahovun əsərlərindən ilhamlanaraq, FW19 kişi geyim kolleksiyasını yaratmışdır. 2021-ci ildə Rusiya Rəssamlıq Akademiyasında "Tahir Salahov medalı" təsis edilmişdir.
Dahi rəssam Tahir Salahov 21 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)