GÜNÜN FOTOSU: Lənkəranda qızlar üçün təşkil edilmiş ödənişsiz bacarıq inkişafı təlimləri uğurla davam edir Featured

Lənkəranda Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü ilə ADA Universitetinin müəllimləri tərəfindən keçirilən qızlar üçün təşkil edilmiş ödənişsiz bacarıq inkişafı təlimləri davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Fariz İsmayılzadə öz sosial media hesablarında məlumat paylaşıb. Artıq ikinci qrup başlayıb. Yeni mövzu - marketinq bacarıqlarıdır.

Təlimlərdə ali və ya orta ixtisas təhsil müəssisələrinin hazırkı tələbələri və yeni məzunları iştirak edirlər.

Təlimləri uğurla bitirən iştirakçıların CV-ləri iri holdinq və şirkətlərin İnsan Resursları şöbəsi ilə paylaşılır, bu isə gənclərin karyera və inkişaf platformasına adlamaları üçün əsl münbit şərait deməkdir..

Millət vəkili özü bu barədə deyir: “Bu təşəbbüs gənclərimizin inkişafına və iqtisadiyyata daha fəal inteqrasiyasına töhfə vermək məqsədi daşıyır”

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.