Rəssam Soltan Soltanlının əsəri Belçikada finalçılar sırasında

 

Belçikada 64-cü dəfə keçirilən, tanınmış Azərbaycanrəssamı SoltanSoltanlınında qatıldığı dünyanınməşhurkarikaturafestivalı olanGrandPrizeGoldenHatKnokke-Heist 2025” başa çatıb.

 

Builfestivala 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib. 

 

“Ədəbiyyat və incəsənət” portal Soltan Soltanlıya istinadən xəbər verir ki, rəssamın “Adəm və Həvva” əsəri də finala çıxanlar arasındadır. 

Qeyd olunan 100 əsərdən ibarət sərgi iyulun 28-də Knokke-Heist şəhərində açılacaq və avqustun 24-dək davam edəcək.

Festivalın təşkilat komitəsi həmyerlimizi sərginin açılışına dəvət edəcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.