Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət"
Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilən, Akif Əsgərovun (1940-2023) 85 illik yubileyinə həsr olunan “Ruhun Sədası” adlı fərdi sərgisi fəaliyyətə başlayacaq.
Ekspozisiyada muzey və əksəriyyəti ailə kolleksiyasından olmaqla ümumilikdə 60-dək dəzgah heykəltəraşlığı nümunəsi yer alıb.
Bu sərgi Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynayan Akif Əsgərovun dəzgah heykəltəraşlığı sahəsində yaratdığı əsərləri təqdim etməklə izləyicini sükut içərisində ruhun sədasını dinləməyə çağırır.
Sərgi 3 sentyabr 2025-ci ilədək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(03.05.2025)