Ekspress-sorğuda "Vətənpərvərlər Maarifləndirmə" İctimai Birliyinin üzvləridir Featured

Ülviyyə Əbülfəzqızı,

 "Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük!

Bu dəfə ekspress-sorğumuza "Vətənpərvərlər Maarifləndirmə" İctimai Birliyinin üzvləri cavab verəcək.

Beləliklə, sualımız belədir:

Həyata ikinci dəfə gəlmək şansınız olsaydı, nələri edib, nələri etməzdiniz?

 

Aynur İsayeva – "Vətənpərvərlər Maarifləndirmə" İctimai Birliyinin sədri:

​Mən Aynur kimi fikirləşirəm ki, həyatda insana bir dəfə şans verilir. Ona görə ikinci şansı gözləmək yox, olan şansı doğru yaşamaq lazımdır.

​Əgər ikinci şansım olsaydı, etmədiklərimi həyata keçirərdim. "Başqaları nə deyər?" deyə susmazdım, haqqım olan yerdə haqqımı tələb edərdim, sağlamlığıma fikir verərdim.

​İnandığım bir şey var: insan hər səhər yenidən doğulur. Mən də hər günümü ikinci şansım kimi yaşamağa çalışıram.

 

İB-in sədr müavini Çingiz Bayramov:

​Mənim ikinci şansım olsaydı, seçdiyim inşaatçı peşəsini təkrar seçərdim. Dostlarımı seçərkən etdiyim səhvləri təkrar etməzdim.

 

 İB- in sədr müavini Vaqif Nəsirov:

​İkinci dəfə dünyaya gəlsəydim, yenə də polis olardım. Ən büyük arzum jurnalist olmaq idi, o ixtisası daha da mükəmməl həyata keçirərdim. "Dost" deyən bəzi adamlara aldanmazdım.

 

 İB-in Bakı şəhəri üzrə sədri Tamella Fərazi:

Həyata ikinci dəfə gəlmək şansım olsaydı, bəlkə də, çox şeyi dəyişməzdim. Çünki insanın həyatını yalnız etdiyi səhvlər deyil, verdiyi dəyərlər də müəyyən edir. Vicdanlı olmaq, ehtiyacı olana əl tutmaq, haqsızlıq qarşısında susmamaq və insanlığını qorumaq mənim üçün hər zaman vacib olardı.

​Amma ikinci bir həyat olsaydı, dünyanı və insanları daha yaxından tanımaq üçün daha çox öyrənməyə, cəsarətli olmağa çalışardım. Ən əsası, yenidən şansım olsa belə, insanlığımı dəyişməzdim. Çünki insanın geriyə baxanda ən büyük qazancı necə yaşadığı və arxasında hansı izləri qoyduğudur.

 

İB-in icraçı direktoru Şaiq Xəlilov:

​İkinci dəfə dünyaya gəlsəydim, heç nəyi dəyişməzdim. Çünki məni mən edən elə yaşadıqlarımdır.

 

İB-in Ağsaqqallar Şurasının sədri Vaqif Nəsirov:

İkinci dəfə dünyaya gəlsəydim, bütün səhvlərimə düzəliş verərdim. Həyatda mən xoşbəxt jurnalistəm, işimdən razıyam. Bu günümüzə Şükür.

 

İB-in Lahiyə rəhbəri Şahnaz Şirəliyeva:

Həyata ikinci dəfə gəlsəydim, yenə sevdiyim işin arxasınca gedər, arzularımdan vaz keçməz və insanlara faydalı olmağa çalışardım. Daha çox vaxtımı sevdiklərimə ayırar, demək istədiyim gözəl sözləri sabaha saxlamazdım. Amma heç kimə görə özümü dəyişməz, dəyərimi bilməyən insanlar üçün özümü yormaz və itirdiyim zamana görə peşmanlıq duymazdım.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.